Şrift:
ABŞ Prezidenti Co Bayden Papa Fransisklə görüşəcək
15.10.2021 [09:54] - Xəbərlər, Siyasət
ABŞ Prezidenti Co Bayden G20 Liderlərinin İtaliyadakı Sammitindən əvvəl Roma Katolik Kilsəsinin başçısı Papa Fransisklə görüşəcək.

Bu barədə Ağ Ev məlumat yayıb. Bildirilir ki, ABŞ Prezidenti C.Bayden oktyabrın 30-31-də İtaliyada keçiriləcək G20 Liderlərinin Sammitində iştirak edəcək. Açıqlamada C.Bayden və xanımı Jill Baydenin oktyabrın 29-da Vatikanda Katolik Kilsəsinin başçısı Papa Fransisklə görüşəcəyi, COVID-19 ilə mübarizə, iqlim dəyişikliyi və insan ləyaqətinə hörmət kimi mövzuların müzakirə olunacağı qeyd olunub.

Qeyd edək ki, C.Bayden keçmiş Prezident Con Kennedidən sonra ABŞ-ın ikinci Katolik Prezidentidir.
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed