Şrift:
FƏRƏC ULUSOY XALQ QƏHRƏMANI VƏ MİLLİ LİDERDİR.
20.12.2012 [11:07] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Milli lider o şəxsıər olur ki, o fəaliyyət və ideyasında milli keyfiyyətləri göstərə bilir. Azərbaycan tarixində milli müstəqillik və dövlətçilik ideyalarına önəm verib bu amal uğurunda mübarizə aparanlar sırasında Əbülfəz Elçibəydən sonra Fərəc Ulusoy hal-hazırkı durumda milli ideya və dövlətçilik təfəkkürünə malik, eyni zamanda bu yolda kəskin mübarizə aparan xalqın tanıdığı şəxsiyyətdir: yəni milli liderdir. Fəlsəfi dünyagörüşü və metodoloji yanaşma baxımından beynəlxalq aləmdə müasir münasibətlər sistemində Azərbaycan dövlətinin yeri və səmərəli fəaliyyət yollarını Fərəc bəy yazdığı siyasi əsərlərində məntiqi ardıcıllıqla şərh edir və düzgün istiqamət verir. Onun keçdiyi həyat yolu azadlıq mübarizəsi tarixində ölümlə üz-üzə dayansa da, unudulmaz tarixi qələbəyə çatmışdır: “Sərhəd hərəkatı”, “Soyuğun fəthi” kimi xalq dilində danışılan dastanlar onun özünün və xalqın mübarizə tarixində şanlı səhifələrdir. Bəli, Fərəc bəyin keçdiyi ƏLLİ İLLİK ömür yolu gərgin mübarizələrdən, ölümlə üzbəüz dayanıb qalibiyyətdən keçən özünün və xalqın qürurlu tarixi və zamanıdır! Fərəc bəy ilk olaraq sərhəd məmfillərini sökən, imperiyanın “ Soyuq hərbi bazası”nı qarlı zirvədə iyirmi beş alp igidlə həyatlarını hər dəqiqə ölüm gözləyən təhlükə iıə üzbəüz olaraq ələ keçirən XALQ QƏHRƏMANIDIR... Fərəc bəyin vətən sevgisi, Türk anlamı ilə bağlı, xalqına olan sədaqət və məhəbbəti ilə bağlı saatlar və günlərlə fəxriyyələr nəql etmək olar, bu yaşadığımız tarixin təkzib olunmaz həqiqətləridir... İndi XALQ QƏHRƏMANI, ƏQL VƏ ZƏKA SAHİBİ, MİLLƏT VƏKİLİ FƏRƏC BƏYİN ƏLLİ İLLİK BİR MƏNALI ÖMÜR YOLUNUN ZAMAN KƏSİYİ DEKABRIN 22-də tamam olur. Dünya Azərbaycanlıları adından Milli Liderimizə Bütöv Azərbaycan və Qarabağ uğurunda apardığı gədgin mübarizə yolunda bir daha qalibiyyətlər arzulayırıq!

Millət azadlığı. Xalqın xoş günü
Sənin arzuların, -amalın oldu,
ƏLLİ İL ömründən zaman ötürdün.
Həyatın fərəhli illərlə doldu.

Bəzən ölüm ilə üzbəüz durdun,
Haqq səninlə oldu, sən zərbə vurdun...
Vətən eşqi ilə şəri susdurdu...
Şərə qalib gəlmək şərəfıi yoldu.

“Bütöv Azərbaycan” böyük diləyin...
Tanrının qüdrəti olsun köməyin!
“Şimalın şərləri” çöksün fələyin,
Sevinək zalımın şəri sovuldu-
BÜTÖV AZƏRBAYCAN
TAM GERÇƏK OLDU!..

Şair Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed