Şrift:
6 il əvvəl tutulan iranlı "diplomat" (Silah qaçaqçısı) ölkəyə qayıdıb
20.12.2012 [11:47] - Gündəm, Güney Azərbaycan xəbərləri
6 il əvvəl ABŞ-ın Tehrana qarşı sanksiyalarını pozmaqda, qanunsuz silah alış-verişində günahlandırılaraq tutulan İranın İordaniyadakı keçmiş səfiri Nüsrətullah Tacik dekabrın 19-u sübh saatlarında ölkəyə qayıdıb.

Oman hökumətinin vasitəçiliyi ilə bir neçə gün əvvəl Londonda azadlığa buraxılan Nüsrətullah Taciki Tehranın beynəlxalq hava limanına qədər Oman sultanın baş müşaviri müşayiət edib.

Öz ailəsi ilə birlikdə Böyük Britaniyada yaşayan Nüsrətullah Tacik 2006-cı il oktyabrın 26-da Şotlandiyada Amerikanın iki gizli məmuru ilə 3 milyon dollarlıq qanunsuz silah sövdələşməsinə girərkən tutulub. Həmin sövdələşmədə Nüsrətullah Tacik özəl gecə hərbi durbinləri, gecəgörmə cihazlarına malik olan və satışına qadağa qoyulmuş bir sıra silahları alıb İrana göndərmək istəyibmiş.

London məhkəməsi keçmiş səfiri Böyük Britaniya, ABŞ, Hollandiya və Türkiyədən İrana qanunsuz silah gətirməklə məşğul olan bir şəbəkə ilə əməkdaşlıqda və silah qaçaqmalçılığında günahlandırmışdı.
Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed