Şrift:
Rusiyanın hərbi gəmisi İran sahilində lövbər salıb
20.12.2012 [11:58] - Gündəm, Hərb
Dekabrın 19-da Rusiyanın hərbi gəmisi İran sahilində lövbər salıb.

İran ordusunun Dəniz Qüvvələri rəsmisi admiral Hüseyn Azad jurnalistlərə açıqlamasında bu barədə deyib: “Rusiyanın “Marşal Şapoşnikov” hərbi gəmisi bu ölkənin ağır gəmilərindən biri sayılır. Onun burada lövbər salması İranla Rusiya arasında hərbi əlaqə və əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyır”.

Hüseyn Azad deyib ki, Rusiyanın hərbi gəmisi İran limanında əvvəlcədən nəzərdə tutulmuş proqramları həyata keçirəcək. O, proqramların nədən ibarət olduğunu açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 1448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed