Şrift:
21 dekabr İçəri Şəhərdə qeyd ediləcək
20.12.2012 [12:45] - Gündəm, Mədəniyyət
"Başqa Gün" aksiyası 21 dekabr saat 21:12-də başlayacaq
Dekabrın 21-i “Beat Group” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçəri Şəhərdə “Başqa Gün” adlı aksiya həyata keçiriləcək. İdarənin mətbuat xidmətindən verilən məlumata görə, aksiya zamanı video-mappinq texnologiyasının tətbiqi ilə dünya tarixində qədim mayya xalqının dövründən bu günə qədər “21 dekabr” tarixi ilə bağlı olan maraqlı məqamlar Qoşa Qala Qapısı Meydanında yerləşən Arxeologiya və Etnoqrafiya Muzeyinin binasının fasadında canlandırılacaq.

Aksiyanın keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini 21 dekabr tarixniə cəlb etməklə, bu günün sadəcə bəşəriyyət tarixində yeni səhərə açılan daha bir gün olmasını vurğulamaq, gənclərin kreativ və maraqlı ideyalarının dəstəkləməkdir.

Video-mappinq texnologiyasından, yəni bir və ya bir neçə nöqtədən müxtəlif formalı səthlərin üzərində videoproyeksiyadan istifadə etməklə yaradılan maraqlı və rəngarəng 3D formatlı görüntülərə tamaşa etmək istəyən Bakı sakinləri və qonaqlar 21 dekabr saat 21:12-də başlanacaq bu maraqlı aksiyaya tamaşa edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed