Şrift:
Yaponiya və İndoneziya G20 çərçivəsində sıx əməkdaşlıq edəcəklər
19.11.2021 [10:44] - Xəbərlər, Siyasət
Yaponiya və İndoneziya liderləri Cakartanın 2022-ci ildə G20-də və 2023-cü ildə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasında (ACEAN) sədrliyə başlamasından sonra da sıx əməkdaşlığı davam etdirəcəklə

Bu barədə razılaşma Yaponiyanın Baş naziri Fumio Kişida ilə İndoneziya Prezidenti Coko Vidodo arasında baş tutan telefon danışığı zamanı əldə edilib. Bu, Baş nazir F.Kişida oktyabrda vəzifələrinin icrasına başladıqdan sonra liderlər arasında keçirilən ilk telefon danışığıdır.

Danışıq zamanı F.Kişida Yaponiyanın azad və açıq Hind-Sakit okean regionu yaradılmasını, həmçinin Hind-Sakit okean regionu üçün ACEAN ölkələrinin perspektivləri kimi tanınan təşəbbüsü dəstəklədiyini bəyan edib.

Bununla yanaşı, Baş nazir Yaponiyanın infrastrukturunun inkişafı, dənizdə təhlükəsizlik və COVID-19-a qarşı tədbirlər istiqamətlərində İndoneziya ilə əməkdaşlığa hazır olduğunu da bildirib.

İndoneziya Prezidenti də öz növbəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək əzmində olduğunu deyib.

Telefon danışığı zamanı, tərəflərin regional məsələlər barəsində fikir mübadiləsi apardıqları da qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed