Şrift:
Çində nikahların sayı kəskin azalıb
24.11.2021 [10:13] - Gündəm, Sosial
Milli Statistika Bürosunun məlumatına görə, Çində 8,14 milyon nikah qeydə alınıb ki, bu da 2003-cü ildən bəri ən aşağı göstəricidir.

Xarici KİV-lərə istinadla xəbər verir ki, 2019-cu illə müqayisədə nikahların sayı 1,13 milyon azalıb və bu Asiya ölkəsində yeni nikahların sayı artıq yeddinci ildir davamlı olaraq azalır.

Ölkədə, həmçinin 4,3 milyon boşanma qeydə alınıb ki, bu da boşanma nisbətinin artdığı əvvəlki illərdəki tendensiyadan fərqli olaraq ötən illə müqayisədə 8,4 faiz azdır.

Qeyd etmək lazımdır ki, 2020-ci ildə ölkədə COVID-19 epidemiyası yayıldı və o, xüsusilə ilin birinci rübündə bəzi dövlət qurumlarının normal fəaliyyətini dayandırdı.

Çində 2016-cı ilə qədər nikahdankənar doğulan uşaqlar bir növ “daxili pasport” kimi işləyən və əsas xidmətlərə çıxışı təmin edən yaşayış icazəsi ala bilmirdilər.

Ölkənin bəzi bölgələrində tənha analara qarşı cərimələr hələ də tətbiq edilməkdədir. Qocalma və doğum səviyyəsinin aşağı olması Pekində narahatlıq doğurur.

2020-ci ildə doğulanların sayı dördüncü il ardıcıl olaraq azalıb. Ötən il ölkədə 2019-cu ildəki 14,65 milyonla müqayisədə azalaraq 12 milyon doğum qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed