Şrift:
Mahmut Erol Kılıç: Nizaminin yazdığı əsərlər dünya ədəbiyyatında qlobal miqyaslı universal dəyərdir
26.11.2021 [11:25] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Şərqin ən böyük mütəfəkkirlərindən biri olan Nizami Gəncəvi ilə bağlı beynəlxalq forumun təşkil edilməsi çox mühümdür. Çünki onun yazdığı əsərlər yalnız Azərbaycanda deyil, eyni zamanda, İranda, Türkiyədə, Hindistanda, Pakistanda və eləcə də dünya ədəbiyyatında qlobal miqyaslı universal dəyərdir.

Bu sözləri müsahibəsində İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi professor Mahmut Erol Kılıç deyib.

Professor bildirib ki, Nizami bu gün də dünya ədəbi-mədəni və ictimai-fəlsəfi fikrində öz mövqeyi olan qlobal əhəmiyyətli fenomenal şəxsiyyətlərdən biridir: “Dünya ədəbi-elmi fikrində böyük mütəfəkkirin sənətinə olan maraq heç vaxt azalmır, zaman-zaman ölməz əsərləri istər Qərb, istərsə də Şərq dillərinə tərcümə edilərək bəşəriyyətin mənəvi kamilləşməsi prosesində öz rolunu oynayır”.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed