Şrift:
Voleybol üzrə yoldaşlıq görüşündə “Naxçıvan” komandası qalib gəlib
02.12.2021 [10:01] - Gündəm, İdman
Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən voleybol üzrə yoldaşlıq görüşü başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qarşılaşmada böyüklərdən ibarət “Naxçıvan” və “Culfa” komandaları meydanda olub. Görüş voleybolçuların oyun təcrübəsi və ustalıq səviyyəsinin artırılması məqsədilə təşkil olunub.

Nəticəyə gəlincə, matç “Naxçıvan” voleybolçularının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan oyunun sonunda hər iki komandaya voleybol topları hədiyyə edilib
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed