Şrift:
Türkiyə İrandan enerji idxalını davam etdirəcək
28.12.2012 [13:00] - Gündəm, Türk dünyası-Turan
«İrandan neft idxalımız davam edəcək».Bu bəyanatla Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız çıxış edib.
Onun sözlərinə görə, Türkiyə bəzi Avropa ölkələri kimi ehtiyacı olan neftin yalnız 3-5 faizini İrandan satın almır: «Türkiyə ötən il neft ehtiyacının demək olar 50 faizini İrandan təmin edib. İran Türkiyə üçün neft idxal etdiyi vacib qaynaqdır. Bundan başqa, Türkiyə təbii qaza olan ehtiyacının 18-20 faizini İrandan təmin edir. Ona görə də İrandan «mavi yanacaq» idxalını davam etdirəcəyik».

İran BMT baş katibinə yenidən məktub ünvanlayıb

İran Səhiyyə Təşkilatının sədri Şəhabəddin Sədr yenidən BMT baş katibi Pan Gi Muna məktub yazıb.
Məktubda bildirilir ki, BMT İrana qarşı tətbiq olunmuş sanksiyaların tezliklə ləğv olunması üçün diplomatik səy göstərməlidir: «Görəsən, BMT dünyanın hər bir yerində kişi, qadın və uşaqların haqlarını, insan hüquqlarını, təhlükəsizlik və ədaləti müdafiə etmək üçün qurulmadımı? Hörmətli Pan Gi Mun! Bu gün vaxt öldürmək və nəticəsiz məktublaşmaların sırası deyil. Bu gün İrana qarşı tətbiq edilmiş sanksiyaların ləğv olunması üçün dəlil və sənəd istəməyə nə ehtiyac var. Hər şey ortadadır. Vaxt itirməyin! Sanksiyaların tezliklə ləğv olunması üçün diplomatik yollardan istifadə edin».
Qeyd edək ki, İran Səhiyyə Təşkilatının sədri Şəhabəddin Sədr ötən ay da BMT baş katibi Pan Gi Muna məktub ünvanlayaraq, ölkəsinin dinc məqsədli nüvə enerjisindən faydalanmaq hüququ olduğunu qeyd edib. Eyni zamanda məktubda Tehrana qarşı Qərb ölkələrinin birtərəfli sanksiyalar tətbiq etməsinə etiraz bildirilib, İranın tibbi ləvazimatlar və dərman preparatları idxal etməsinə qoyulmuş embarqoya BMT və digər insan haqları təşkilatlarının səssiz qalması tənqid olunub.
Bundan təxminən bir ay sonra BMT-nin koordinasiya şöbəsinin rəsmisi Məhəmməd əl-Munir Səfiyəddin məktuba cavab verib. Sənəddə bildirilib ki, BMT İranın tibbi ləvazimatlar və dərman preparatları idxal etməsinə qoyulmuş sanksiyalardan narahatdır: «BMT baş katibi də BMT Baş Assambleyasına verdiyi hesabatında sanksiyaların İran xalqının sağlamlığına vurduğu təsirlərindən narahatlığını dilə gətirib. Ona görə də sizdən sanksiyaların İran xalqının sağlamlığına, xüsusilə tibb sahəsinə təsirlərinin mənfi nəticələri barədə BMT-yə lazımi sənədləri, dəlilləri və statistikanı təqdim etməyinizi istəyirəm».
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed