Şrift:
Mİlli Məclisin sədri Fərəc Quliyevi 50 illik yubileyi münasibəti ilə TƏBRİK ETDİ
29.12.2012 [00:03] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
FƏRƏC QULİYEV - 50

Hörmətli Fərəc müəllim!

Sizi - Milli Məclisin deputatını, tanınmış siyasətçini anadan olmağınızın 50 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Siz doğulduğunuz Ordubad rayonunun Üstüpü kənd orta məktəbini qızıl medalla bitirərək, ölkəmizin ən qocaman təhsil ocaklarından biri olan Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşsunuz. Əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodunda feldşer kimi başlamışınız. Sonralar doğulub boya-başa çatdığınız Naxçıvana qayıtmış, müxtəlif vaxtlarda Ordubad rayonunun Çənnəb və Üstüpü kənd xəstəxanalarında həkim və baş həkim kimi çalışmışınız.

Siz ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə geniş vüsət almış Xalq Cəbhəsi hərəkatının fallarından olmusunuz. Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin sədri, Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri və partiya sədrinin birinci müavini kimi fəaliyyət göstərmisiniz. Siz Azərbaycanın Müstəqillik aktının hazırlanmasında fəal iştirak etmişiniz. 1990-cı ildə Azərbaycanın Ali Sovetinə deputat seçilmişiniz.

Siz ölkə həyatında baş verən proseslərdən heç vaxt kənarda qalmamış, hadisələrə öz münasibətinizi bildirmişiniz. Sizin Azərbaycan diasporu ilə bağlı fəaliyyətiniz ictimaiyyətə yaxşı məlumdur.

Bu gün dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi qanun yaradıcılığı işində səmərəli fəaliyyət göstərirsiniz. Milli Məclisin Türkiyə, Belçika, Qazaxıstan, Litva, Moldova, Rumıniya və Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi parlamentin beynəlxalq əlaqələrinin inkişafında fəaliyyətiniz təqdirəlayiqdir.

Hörmətli Fərəc müəllim!

Sizi 50 illik yubileyiniz münasibəti ilə bir daha ürəkdən təbrik edir, ömrünüzün bu kamillik çağında Sizə uzun ömür, can sağlığı, ailə səadəti arzulayır, uğurlar diləyirəm!

Hörmətlə,

OQTAY ƏSƏDOV
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Mİlli Məclisin sədri Fərəc Quliyevi 50 illik yubileyi münasibəti ilə TƏBRİK ETDİ

Mİlli Məclisin sədri Fərəc Quliyevi 50 illik yubileyi münasibəti ilə TƏBRİK ETDİ




Bakı şəhəri, 22 dekabr 2012-ci il
“Milli Məclis” jurnalı. Noyabr - Dekabr 2012 69
Bu xəbər oxucular tərəfindən 1717 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed