Şrift:
İndoneziyanın şərqində 5,6 bal gücündə zəlzələ olub
10.01.2022 [10:05] - Gündəm, Hadisə
Yanvarın 10-da İndoneziyanın şərqində 5,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların Şimali Maluku əyalətinin təqribən 10 min əhaliyə malik olan Tobelo şəhərindən 30 kilometr şimal-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.
Bu xəbər oxucular tərəfindən 1196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed