Şrift:
Avropa İttifaqı Şurasının Prezidenti Çexiyaya səfər edəcək
12.01.2022 [10:22] - Xəbərlər, Siyasət
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel yanvarın 13-də Çexiyaya səfər edəcək.

Səfər çərçivəsində o, ölkənin Baş naziri Petr Fiala ilə danışıqlar aparacaq. Danışıqların əsas mövzusu Çexiyanın Avropa İttifaqı Şurasında qarşıdakı sədrliyinə hazırlıq olacaq.

Görüşdə, həmçinin Avropa İttifaqı Şurasının qarşıdan gələn iclası, eləcə də Avropa üçün digər aktual məsələlər - enerji qiymətləri, hüquq dövləti, miqrasiya və Aİ ticarət siyasəti haqqında danışılacaq.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed