Şrift:
Rusiya, Amerika və Fransa Dağlıq Qarabağla bağlı bəyanat veriblər
29.12.2012 [09:46] - Gündəm, Siyasət
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton və Fransanın Avropa məsələləri üzrə naziri Bernar Kaznev Dublində birgə bəyanatla çıxış ediblər. Bəyanatda münaqişə tərəfləri problemin sülh yolu ilə həll edilməsi üçün qətiyyətli addımlar atmağa çağırılır.

Sənəd, xarici işlər nazirləri Şurasının İralandiya paytaxtında keçirilən iclasında qəbul olunub.

“Biz, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyətinin rəhbərləri, tərəfləri münaqişənin sülh yolu ilə həll edilməsi üçün tələb olunan siyasi iradə nümayiş etdirməyə çağırırıq”,- ATƏT-in rəsmi sayıtnda yerləşdirilmiş bəyanatda deyilir.

Sənəddə, tərəflərin Helsinki prinsiplərin, xüsusilə də, güc tətbiqi və təhdidindən yayınmaq, ərazi bütövlüyü, xalqların bərabərhüquqluluğu və öz müqəddəratını həll etmək hüququnu rəhbər tutmalı olduğu, həmçinin, bu prinsiplərin ATƏT-in Minsk qrupu həmsədr ölkə prezidentlərinin 2009-cu il Akvil, 2010-cu il Muskok və 2012-ci ilin iyun ayının 18-də Los-Kabosda qəbul olunmuş bəyanatlarında öz əksini tapdığı vurğulanır.

“Ölkə başçılarımızın 2011-ci il Dovil bəyannamələrini əsas götürərək, yenidən tərəfləri qətiyyətli addımlar atmağa çağırırıq”,- bəyanatda deyilir.

Sənəddə həmçinin, Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin 2012-ci yanvarın 23-də Soçi görüşü zamanı əldə olunmuş birgə bəyanatı əsasında, sülh prosesində sürətli inkişafın əldə olunmasına olan ümidlərini özünü doğrultmadığını təəssüflə vurğulanır.

“Tərəflər danışıqlar prosesində birtərəfli üstünlüyə can ataraq, qarşılıqlı anlaşmaya əsaslanan razılaşmanın əldə olunmasına səy göstərməyiblər”,- bəyanatda bildirilir.

Həmsədr ölkələrin nümayəndələri son aylarda qoşunların təmas xəttində və sərhəddə baş verən insidentlərin azaldığını vurğulayaraq, tərəfləri 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminə riayət etməyə çağırıblar.

“Güc tətbiqi münaqişəni həll etməyəcək. Biz tərəfləri son aylar ərzində gərginliklərə səbəb olmuş, əhali arasında düşmənçilik hisslərinin yayılmasına xidmət edən bəyanat və addımlardan çəkinməyə çağırırıq”,- bəyanatda deyilir.

Sənəddə, Azərbaycan və Ermənistan liderlərinin əhalini düşmən kimi deyil, bir-birinin mədəniyyəti, tarixi və ənənələrinə hörmət əsasında qonşu kimi yaşayacaqları günə hazırlamalı olduqları vurğulanır.

“Biz tərəfləri sülh prosesində iradə nümayiş etdirməyə, həmçinin, bölgəyə noyabr ayında baş tutmuş səfər zamanı irəli sürülmüş ideyaları daha diqqətlə öyrənmək üçün həmsədrlərlə birgə çalışmağa çağırırıq. Eyni zamanda, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin danışıqları davam etdirmək üçün 2013-cü ilin əvvəllərində həmsədrlərlə görüşməyə hazır olmalarını alqışlayırıq. Ölkələmiz tərəflərə yardım etmək üçün bizdən asılı olan istənilən addımı atmağa hazırdır. Bununla belə, Dağlıq Qarabağ münaqişəsinin həllinə görə məsuliyyət onların üzərinə düşür”,- bəyanatda vurğulanır.
Bu xəbər oxucular tərəfindən 898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed