Şrift:
Nazim İbrahimov: "Milyarderlər İttifaqı" ziyan gətirəcəkdi"
29.12.2012 [11:26] - Diaspor
"Azərbaycan dövlətinə sədaqətli olduqlarını söyləyirlərsə, həmin insanlarla birgə fəaliyyət göstərməyə hazırıq"

“Milyarderlər İttifaqı”nın yaranması Rusiyadakı Azərbaycan diasporuna ziyandan başqa bir şey verə bilməzdi. Bunu Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Komitə sədri həmçinin bildirib ki, Azərbaycan dövlətinə, dövlətçiliyinə sədaqətli olduqlarını söyləyirlərsə, həmin insanlarla birgə fəaliyyət göstərməyə hazırdırlar.

“Təşkilatlar mövcud olan yerdə, onların işini bu qədər yüksək diqqətdə saxlayıb inkişaf etdirdiyimiz bir vaxtda hər hansı bir təşkilatın yaranması Rusiyada olan Ümumrusiya Azərbaycanlıları Konqresinə ziyan gətirəcək bir amil kimi bizim tərəfimizdən dəyərləndirildi. Bir daha söyləyirik ki, həmin qurumun yaranması Rusiyada olan Azərbaycan diasporunun təşkilatlanmasına ziyandan başqa bir şey gətirə bilməzdi. O cəhətdən biz öz fikrimizi bildirdik. Öz fikrimizdə bu günə qədər qalırıq və gələcəkdə də bu belə olacaq”.
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed