Şrift:
Prezident Obama İrana qarşı növbəti sanksiya imzalayıb
30.12.2012 [12:06] - Gündəm, Güney Azərbaycan xəbərləri
ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İranın Latın Amerikası başda olmaqla Cənub yarımkürəsinə nüfuz etməsinin qarşısını almaq haqqında qanunu imzalayıb.
ABŞ Dövlət Departamenti (xarici işlər nazirliyi) tərəfindən siyasi və diplomatik bir strategiya olaraq hazırlanan qanun daha əvvəl ölkə Konqresində təsdiqlənib. Qanunun 180 gün içərisində qüvvəyə minməsi və sənəddə İranın bölgə ilə bağlı fəaliyyətlərini təsbit edilməsi tələb olunur. Eyni zamanda qanunda ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə də İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Qüds qanadı və “Hizbullah” kimi İrana bağlı qrupların nüfuz etməsinin qarşısını almaq üçün Kanada və Meksika sərhədlərində lazımi tədbirlər görmək barədə göstəriş verilib.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed