Şrift:
Ağdaşda gənclər arasında tir atıcılığı üzrə rayon birinciliyi keçirilib
28.01.2022 [11:07] - Gündəm, Sosial
2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində Ağdaşda Vətən müharibəsi iştirakçıları və fəal gənclərin iştirakı ilə tir atıcılığı üzrə rayon birinciliyi keçirilib.

Rayon gənclər və idman idarəsindən verilən məlumatda bildirilir ki, Ağdaş Olimpiya İdman Kompleksində təşkil edilən yarışdan öncə məşqçi müəllimlər və yarış iştirakçıları tərəfindən Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan igid, qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra yarışlara start verilib. Rayon birinciliyində 30-dan çox gənc bacarıqlarını göstərib. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri ilə mükafatlandırılıblar.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed