Şrift:
İndiyədək İtaliyada 11 milyondan çox insan koronavirusa yoluxub
02.02.2022 [10:04] - Gündəm, Sağlıq
İtaliyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 133 min 142 nəfər artaraq ümumilikdə 11 milyon 116 min 422-yə yüksəlib. Koronavirus qurbanlarının sayı isə 427 nəfər artaraq 146 min 925-ə çatıb.

Ötən 24 saatda 1 milyon 246 min 987 test icra olunub. Aktiv COVID-19 xəstələrinin sayı 2 milyon 476 min 514, reanimasiya şöbəsində olan xəstələrin sayı 1549 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed