Şrift:
Axırıncı iki rəqəmi nəhs hesab olunan bir ilə gəlib çatdıq- 2013-cü ilə..
03.01.2013 [13:27] - Gündəm, Mədəniyyət
Axırıncı iki rəqəmi nəhs hesab olunan bir ilə gəlib çatdıq- 2013-cü ilə.. Allah heç kəsə pis gün göstərməsin.
13 rəqəminə niyə nəhs deyirlər, bilmirəm, 13 rəqəmi şəxsən mənim uğurlu rəqəmimdir: Atam 1913-cü ildə anadan olub, vaxtilə 13 nömrəli evdə yaşamışıq,
Bəli, bir yaş da qocaldıq. Yazı-pozu əhli kimi, özümüzə hesabat verməyin vaxtıdır. Bir ili necə keçirmişik, nə yazmışıq, nə yaratmışıq? ( nəyi yazmışıq, nəyi yaratmışıq, ikinci "nə" dən sonra "də" yoxdur- N.N. ).Yadda qalan, kiminsə diqqətini cəlb edən ,elm, maarif, təhsil üçün önəmli işlərimiz varmı?
2012 -ci ildə Azərbaycanda şoxlarının həsrətində olduğu
"Ən yaxşı müəllim" respublika müsabiqəsinin qalibi olmuşam.Bu münasibətlə çoxlu təbriklər almışdım. Məni ən çox sevindirən Türkiyədən - dostum, qardaşım Haldun Cezayirlioğlunun təbriki oldu. Nə qədər səmimi, nə qədər ülvi fikir və arzular... Haldun bəy bu təbrikini Azərbaycanın təhsil nazirinə də çatdırmışdı. Sağ olsun, var olsun!
2012-ci ildə Türkiyə-Azərbaycan ədəbi,pedaqoji əlaqələrinə aid bir neçə məqalə yazmışam.Yenə də Haldun bəyə təşəkkür edirəm ki, bu məqalələrin Türkiyədə yayımlanması yolunda böyük fədakarlıq nümunəsi göstərmişdir. Mən Azərbaycan oxucularına əslən şəkili olan türk alimi Gölpinarlını da, babalarımızın müəllimi Halil Fikreti də ilk dəfə məhz Haldun bəyin köməkliyi ilə tanıtmışam. Bu layihə çərçivəsində işlərim çoxdur. Məhz bu işləri başa çatdırmaq üçün Allahdan bir neçə il də yazıb yaratmağa imkan verən ömür istəyirəm.
2012-ci ildə Azərbaycanda bir neçə söz ustasının yubileyi keçirilmişdir. Bu yolda , bu sahədə Azərbaycan oxucularına arxiv materialları əsasında yazdığım bir neçə elmi məqaləmi çatdırmışam. M.Ə.Sabir (1862-1911), Hüseyn Cavid
(1882-1941) haqqında yazdığım məqalələr elmi ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır.
Azərbaycanın uşaq mətbuatı, H.Z.Tağıyevin Mahaçqalada açdığı qızlar məktəbi ( bu işartını mənə ünvanlayan tarix elmləri üzrə fəlsəfə doktoru Fərhad Cabbarova təşəkkür edirəm), Kürdəmirdə 1881-ci ildə açılan ilk dövlət məktəbi haqqında yazılmış yazılarıma da dövlət səviyyəsində qiymət verilmiş, bu yazıların işığında tədbirlər keçirilməsi müəyyənləşdirilmişdir.

2012- ci ildə Azərbaycanın Təhsil Naziri professor Misir Mərdanovun redaktor olduğu "Kurikulum" jurnalında fənn müəllimlərinə kömək məqsədilə yazdığım "Doğdu günəş qırmızı" adlə məqaləmin oxucularda doğurduğu təəssürat məni çox sevindirir. "Qırmızı günəş" türk dünyasının ən maraqlı uşaq jurnallarından biridir. Türkiyə-Azərbaycan ədəbi, elmi və pedaqoji əlaqələrinin öyrənilməsində burada sətiraltı mənalar çoxdur. Hər halda tədqiqatçılar bu jurnalın mareriallarını, yazarların həyatını incələməli,ciddi araşdırmalıdırlar.
2012-ci ildə ən çox əməkdaşlıq etdiyim pedaqoji mətbu orqanlar "Təhsil problemləri " qəzeti , Təhsil Nazirliyinin orqanı olan "Təhsil" jurnalı, "Modern.az", "Qafqazinfo.az", ANN.az","Olaylar.az" elektron qəzetləridir.
Son iki ayda "Strategiya.az" elektron qəzeti ilə əməkdaşlığım xeyli genişlənmişdir. Burada təhsil sahəsi , ədəbi-pedaqoji əlaqələr haqqında yazdığım yazılara səxavətlə yer ayırırlar.Sağ olsunlar.

Hələ üzünü görmədiyim bütün bu saytların rəhbərlərinə və əməkdaşlarına mənə göstərdikləri qayğıya görə minnətdaram.
Sözün bu məqamında ulularımızın bir fikrini yada salmaq istəyirəm. Bu fikir hansısa bir zərifədən (nüktəsi ilə tanınan ədəbi janrdan) gəlir. Nüktəsi budur ki, bitkinin toxumunun cücərməsi üçün yaxşı torpaq lazımdır. Torpaq münbit və yaxşı
olanda , bitki torpağın üstündəki daşı da yarıb üzə çıxır.( Mən bu sözləri bütün xeyirxah adamlara ünvanlayıram ).
2012-ci ildən ayrılarkən bu ildə qalan borclarımı da yaddan çıxarmıram. M.Ə.Sabirin 100 yaşlı "Hohhopnamə"si (1912) , Abbas Səhhətin (1874-1918) "Sınıq sazı" (1912) haqqında yazdığım yazıları çap etdirə bilmədim, üç kitabımın nəşri 2013-cü ilə qaldı.
***

2012- ci ildə böyük bir təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı kafedrasına müdir seçilmişəm..Bu işdə məsuliyyətimi dərk edir, əqidə dostlarımla birlikdə türk dilləri içərisində özünə şərəfli yer tutan Azərbaycan dilinin tədrisi , Azərbaycan ədəbiyyatının təbliği yolunda əhəmiyyətli işlər görürük. Kafedramızın əməkdaşlarından - hələ də doğma yurdu Kəlbəcəri yadından çıxara bilməyən şair təbiətli, yüksək elmi təfəkkürlü Hüseyn müəllim, Türkiyədə ali filoloji təhsil almış Hüseyn Cavidin layiqli tədqiqatçısı Sahibə müəllimə, ədəbiyyatımızda cənub mövzusunun tədqiqi yolunda ilk inamlı addımlarını atan Vüsalə müəllimə, dilcıliyin söz yaradıcılığı bölməsində uğurlu elmi axtarışlar aparan Aysel müəllimə təhsilimizin yüksəlişi yolunda özlərini oda-közə atan aydınlar, ziyalılar kimi fədakarlıq nümunəsi göstərirlər.

2012-ci il hər bir vətəndaşın ömür hesabatının bir mərhələsidir. 2013-cü il mərhələsinin daha uğurlu olması hər insanın özündən asılıdır.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü.

Bakı, 01.01.2013.
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed