Şrift:
Qırğızıstandakı səfirliyimiz ilə “Türkel” Media Qrupu arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15.02.2022 [09:13] - Gündəm, Mədəniyyət
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov “Türkel” Media Qrupunun rəhbəri, “Piramida” televiziya kanalında efirə gedən həftəlik “Dostluq körpüsü” verilişinin müəllifi və aparıcısı Hökümə Xəlilova ilə görüşüb.

Səfir H.Xəlilovanı “Əməkdar mədəniyyət xadimi” fəxri adına layiq görülməsi münasibətilə bağlı təbrikini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb, təşəkkür məktubu təqdim edib.

Görüşdə səfirliklə “Türkel” Media Qrupu arasında əməkdaşlıq məsələləri müzakirə olunub, səfirliyin keçirdiyi tədbirlərin işıqlandırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Xatırladırıq ki, bir neçə gün əvvəl Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı ilə Hökümə Xəlilova ölkənin ictimai-siyasi və mədəni həyatındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed