Şrift:
İSLAMSIZ İRAN
20.09.2011 [12:30] - Özəl xəbər
Fars şovinizmini İslam dini ilə pərdələyən İran rejimi, heç bir zaman səmimi şəkildə İslamı qəbul etməyib.

İranın düşmən Ermənistana qardaş münasibəti əhalisi müsəlman olan və bayrağında İslamın rəmzi olan Azərbaycana münasibətinə əyani bir sübutdur.


İran adlanan ölkə bir dövlət olaraq qədim dövlətçilik ənənələrinə malik ölkədir. İndi İran ərazisi tarixən müxtəlif cür adlandırılsa da, həqiqət budur ki, bu ərazidə ən qədim dövlət e.ə 672-550-ci illər arasında Türk tayfalarının qurmuş olduğu Midiya dövlətidir. Ki, bu dövlət təxminən indiki Cənubi Azərbaycan ərazisində qurulub. Midiyanın süqutundan sonra isə bu ərazilərdə fars mənşəli olan Əhəmənilərin hakimiyyət illəri başlamışdır.
Əhəməni dövlətinin varlığı isə e.ə. 550-330-cu illəri əhatə edir. Əhəmənilərin hakimiyyətinə isə bütün dünyanı xarabazara çevirmiş olan makedoniyalı İsgəndər son qoyub. İsgəndərin qurduğu dövlətin İran ərazisində hakimiyyəti e.ə. 323-cü ilə qədər davam etmişdir. Bundan sonra isə İranda uzun müddət mərkəzləşdirilmiş dövlət olmayıb və nəhayət e.ə.247-ci ildə yenə fars mənşəli Parfiya dövləti qurulub. Bu dövlətin varlığına isə bizim eranın 226-cı ilində Sasani hökmdarları son qoyub. Sasanilər də fars mənşəli tayfa olub və hakimiyyətləri İslam dininin İran ərazisinə gələnə qədər davam edib.
Tarixə qısa ekskurs etməklə onu bildirmək istəyirik ki, müqəddəs dinimiz İslamın zühuruna qədər göstərilən bu dövlətlərin hamısının rəsmi dövlət dini Atəşpərəstlik olub. Bu dövlətlərin idarəçilərinin və ölkə sakinlərinin heç bir zaman tək Tanrı inancı olmayıb. Tarixi mənbələrə görə, peyğəmbərimiz Həzrəti Məhəmməd anadan olduğu gün İran sarayında olan min ildən bəri yanan, İran əhalisinin sitayiş etdiyi və müqəddəs saydıqları atəş sönüb. Dinimizdə bu hadisə həm peyğəmbərimizin haqq peyğəmbəri, gətirdiyi dinin haqq dini olmasına, həm də Sasani hakimiyyətinin sonunun gəlməsinə bir işarə kimi qəbul edilir. Həzrəti Məhəmmədin gətirdiyi İran və qurmuş olduğu İslam dövləti onun zamanında da. Onun vəfatından sonra da müqəddəs dini dünyanın müxtəlif bucaqlarına yaymaqla məşğul olmuşdur. Yeni qurulmuş olan İslam dövləti və bəşəriyyətə göndərilmiş olan yeni din, İran və bir çox başqa ölkələri kafir dövləti elan etmiş və daim həmin ölkələrdə İslamın oturuşmasına çalışmışdır. Bu səbəbdən də peyğəmbərimizin dövründə də, ondan sonra da kafir dövlətlərə və bu cür dövlətlərin sakinlərinə qarşı cihad elan edilmiş və müharibələr aparılmışdır. Müharibə isə yalnız İslamı qəbul etməkdən imtina edən dövlətlərlə aparılıb. Yəni İslamı öz xoşu ilə qəbul edən heç bir dövlətə qarşı qılınc işlədilməyib. İran Sasani dövlətini, Bizans imperatorluğunu və bir çox o dövrün böyük dövlətlərini İslam dininə dəvət etmək üçün isə ilk məktub peyğəmbərimizin zamanında göndərilmişdir. Sasani hökmdarı məktubu cırıb-atmış peyğəmbərin şəxsiyyətini təhqir etmişdir. Məhəmməd peyğəmbərin sağlığında İranda yox, əsasən Ərəbistan yarımadasında müharibələr aparan İslam ordusu, ərəb tayfalarını birləşdirərək, burada mərkəzləşdirilmiş, vahid İslam dövlətini qurmuşdur.
İrana İslam ordusunun ilk yürüşləri peyğəmbərin vəfatından sonra xəlifə seçilmiş Həzrəti Əbu Bəkrin dövründə, təxminən 633-cü ildə olmuşdur. Lakin inadı qırılmayan İranın kafir dövlətinə bu hücumlar Həzrəti Ömərin dövründə də, 651-ci ilə qədər davam etmiş, Sasani hakimiyyətinə son qoyulmuşdur. Bununla da dünyada yeganə fars dövləti olan ərəblər, konkret olaraq İslam orduları tərəfindən süquta uğradılmışdır. Sonrakı yüzillikdə isə bütün İran ərazisi, Azərbaycan da daxil olmaqla bütün ətraf ərazilər islamlaşdırılmışdır. İslam dininin qələbəsindən sonra isə bu ərazilərdə farsların yox, türkəsilli tayfaların qurduqları dövlətlər hakimiyyətdə olmuşlar ki, bunlara misal,
Qaraqoyunlu,
Ağqoyunlu,
Səfəvi,
Qacarlar

və başqalarını göstərmək olar. Qısa zaman kəsiyində Pəhləvilərin hakimiyyəti istisna olmaqla, kütləvi qətliamlardan, soyqırımdan və vəhşiliklərdən bezən türklər Pəhləvilərin hakimiyyətinə son qoymuş, Xomeynini hakimiyyətə gətirmişlər. Pəhləvi hakimiyyətinin yerində isə 1979-cu ilin 1 aprelində İran İslam Respublikası qurulmuşdur. İranın özünəxas İslamı…
İran hakimiyyəti və əhalisi daim Həzrəti Ömərə nifrət etmiş və onu xəlifə kimi qəbul etməmişlər. Dediyimiz kimi, İran əhalisi məhz onun dövründə İslam dinini qəbul etmişdir. Əksər əhalisi müsəlman olan İran İslam Respublikası olan bu ölkədə bircə nəfər də Əbu Bəkr və Ömər adını daşımır. Peyğəmbərimiz isə əksinə, hələ sağlığında Həzrəti Ömərə böyük dəyər vermiş, “məndən sonra peyğəmbər gəlməyəcək, əgər gəlsəydi, Ömər peyğəmbər olardı” demişdir. Onu sevməyən şəxsi “münafiq” adlandırmışdır. “Bu dörd nəfəri ancaq münafiq (axirətdəki əzabı kafirin əzabından belə çox olan) kimsə sevməz: Əbu Bəkr, Ömər, Osman, Əli”.
Daim fars şovinizmini İslam dini ilə pərdələyən İran, heç bir zaman səmimi şəkildə İslamı qəbul etməyib. Buna ən gözəl misal, Firdovsinin “Şahnaməsi” ola bilər. Ehtimal olunur ki, Firdovsinin özü də İslamı üzdə qəbul etmiş və daim atəşpərəstlik hissini qorumuşdur. Türk millətini əsərlərində daim təhqir etməsindən ötrüdür ki, Əmir Teymur bu əraziləri işğal edərkən onun qəbri açılıb murdarlanır. Mənbələrdə göstərilir ki, Əmir Teymur onun qəbri üstündə bu sözləri deyib: “qalx və həyatın boyu təhqir etdiyin türk oğluna bax!”.
İslam hakim din olsa da bu ölkə İslam inqilabına qədər heç bir zaman İslam qanunları ilə idarə olunmayıb. Qeyd etdiyimiz və bizim bilmədiyimiz bir çox səbəblərdəndir ki, İran daim özünü türk və ərəb dünyasından ayırmaq və ya fərqləndirməyin yolunu tutub. Məhz bunun üçün müsəlmanlığın şiə məzhəbini dövlət məzhəbi elan etmiş və daim şiəliyin tərəfdarı kimi tanınmaqla özünü müsəlman dünyasından təcrid etmişdir. Nadir şahla Osmanlı sarayı arasında bu mövzuda çoxlu yazışmalar olmuş və Nadir şah şiəlikdən imtina etməyə yaxın olduğu bir zamanda qətlə yetirilmişdir. Diktaturadan bezmiş xalqa yeni şeylərin lazım olduğunu başa düşən fars başbilənləri ortaya İslam inqilabı kimi bir ideologiya atdılar. Hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycan türklərinə böyük gələcək vəd edən Xomeyni və tərəfdarları elə ilk olaraq türklərin axırına çıxmağa başladı. Türklərin Pəhləvi rejimində olan bəzi haqqları da alındı. Türklərin bu ölkənin yarısını təşkil etməsinə baxmayaraq nə məktəbləri, nə mətbu orqanları, nə yazıları var ki, bu, heç bir İslam qanununa uyğun deyil.
“Özü üçün arzu etdiyini qonşusu üçün arzu etməyən bizdən deyil” buyuran İslam dini farsların İranda sahib olduqları haqq və hüquqların, Türklərə də aid olduğunu deyir. Əksini edənlər dindən çıxmış olurlar ki, farslar bunu hər addımbaşı edirlər.
“Bu dünyada insanlara əzab verən kimsələr qiyamət günü ən şiddətli əzaba düçar olar”.
“Bir müsəlman öz müsəlman qardaşının üstünə qılınc çəkərsə, qılncını qınına qoyana qədər Allah-Təalanın mələkləri ona lənət oxuyar”.
“Qiyamət günü Allah-təala iki şəxsə rəhm etməz. Qohumluğu pozana və pis qonşuya”.
Islam dininə görə bunları edənlər Allahın rəhmətindən məhrum olanlardır. Bəs onda İran necə İslam respublikası ola bilir?!
Son olaraq İranın düşmən Ermənistana qardaş münasibəti əhalisi müsəlman olan və bayrağında İslamın rəmzi olan Azərbaycana münasibətinə əyani bir sübutdur.

İranda olan hazırki durumdan bütün məmləkət əhli xəbərdardır, lakin biz məsələyə İslami yöndən baxmağa çalışdıq. Ordakı İslam inqilabından sonrakı vəziyyəti dəyərləndirərək bu nəticələrə gəlmək olar;
İranda İslam yoxdur!
Bu xəbər oxucular tərəfindən 3798 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed