Şrift:
Pentaqondan raport: “Azərbaycan Cümhuriyyəti ETTELAATın əsas hədəflərindən biridir”
07.01.2013 [10:21] - Gündəm, Güney Azərbaycan xəbərləri
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nairliyi, Pentaqon, İran İslam Cümhuriyyətinin Kəşfiyyat Nzirliyi ETTELAAT-ın fəaliyyətlərinin təfərrüatı barəsində raport hazırlayıb. Raport keçən ay ABŞ Konqresi Kitabxanasının Federal Araşdırmalar Bölümü tərəfindən nəşr olunub.

Raportda bir çox məsələ o cümlədən aşağıdakı məqamlara işarə olunur:
“ ETTELAAT-ın 30000 nəfər kadrosu var. Onlar dünyanın müxtəlif bölgələrində casusluqdan tutmuş, texnologiya oğurluğu, terror və bomb yerləşdirmək kimi məxfi əməliyyatlarda iştirak edirlər.
Raport hazırlayanlar ETTELAAT-ı yaxın şərqin ən güclü təhlükəsizlik müəssisələrindən biri kimi qiymətləndiriblər. Raporta görə, ETTELAAT Nazirliyi, İslam İnqilabı Keşikçilərini (SEPAH) bir mənalı olaraq dəstəkləyir. Argentinadan tutmuş Livana (Lübnan) qədər dünyanın müxtəlif bölgələrində baş verən terror aktlarında SEPAH-ın əli var.”


Həmçinin Pentaqonun 64 səhifəli araşdırmasında qeyd olunur ki, “ETTELAAT Həmas, Hezbollah və İraqın Əlqaidə təşkilatını dəstəkləyir və İranın mənafei çərçivəsində dünyanın hər yerində fəaldır”


Pentaqonun raportunda, Azərbaycan Cümhuriyyəti İsraillə yaxın əlaqələrinə görə, ETTELAAT qüvvələrinin ən mühüm hədəflərindən biri kimi göstərilir.


Pentaqon raportunun LİNKi – Format PDF
http://freebeacon.com/wp-content/uploads/2013/01/LOC-MOIS.pdf
Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed