Şrift:
Qətərin enerji naziri Avropaya Rusiya qazı həcmində maye qaz tədarükünün qeyri-mümkün olduğunu bildirib
23.02.2022 [09:54] - Gündəm, İqtisadiyyat
Qətərin enerji naziri Saad Şerida əl-Kaabi Dohada keçirdiyi mətbuat konfransında onun ölkəsinin Rusiyanın Avropaya qaz tədarükünün həcmi qədər maye qaz ixrac edə bilməyəcəyini bildirib.

Nazir deyib: “Rusiya Avropanın qaza olan ehtiyacının 30-40 faizini təmin edir. Heç bir ölkə əlahiddə şəkildə Avropaya bu həcmdə qaz tədarükünü əvəzləyə bilməz və ümumiyyətlə, bu, maye təbii qaz (LNG) ixracı ilə mümkün deyil. Digər tərəfdən, LNG ixracı üzrə uzunmüddətli kontraktlar var və ixrac marşrutları da bəllidir. Beləliklə, bu həcmdə qaz tədarükünü tez bir vaxtda reallaşdırmaq qeyri-mümkündür. Biz ancaq Avropanın qaza olan tələbatının 10-15 faizini təmin edə bilərik”

Qətər dünyanın ən böyük LNG ixracatçısıdır və bu yaxınlarda ABŞ Prezidenti Co Bayden bu dövlətin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Avropaya qaz tədarükünü artırmaqla bağlı danışıqlar aparıb. Lakin rəsmi Doha Avropaya Rusiya qazı həcmində LNG tədarükünü həyata keçirə bilməyəcəyini bəyan edib.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed