Şrift:
Təbriz klubundan növbəti uğur: “Traxtur” "Sepahan"ın qarşısını kəsdi
01.03.2022 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 28-də Təbrizin “Bonyan Dizel” stadionunda baş tutan gərgin oyun 2-2 hesabı ilə sona çatıb.

Uzun müddətdir böhran yaşayan və bu qarşılaşmada baş məşqçi olmadan meydana çıxan “Traxtur”un oyunu idman şərhçiləri tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan və İsfahan klublarının qarşılaşması idman mediasında “"Traxtur "Sepahan"ın irəliləməsinin qarşısını aldı” başlığı ilə yayımlanıb.

Uzun zamandır böhran yaşayan və bu oyunda baş məşqçisiz meydana çıxan Azərbaycan klubunun sərgilədiyi oyun azərbaycanlı tərəfdarlar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, fevralın 25-də “Traxtur” klubunun xorvatiyalı baş məşqçisi Zvonimir Soldo işindən uzaqlaşdırılıb və yaxın günlərdə türkiyəli baş məşqçi Ərtoğrul Sağlam klub rəhbərliyini öz üzərinə götürəcək.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed