Şrift:
Fərəc Quliyev:Putin bacardığı qədər tək görünməməyə çalışır
02.03.2022 [18:38] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Rusiya indi elə bir vəziyyətdədir ki, hazırda onlar kritik və məntiqə sığmayan qərarlar qəbul edir”.

Bu sözləri Polemika.az-a açıqlamasında sabiq deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) Fərəc Quliyev deyib.

O, Rusiyanın Ukraynadan sonrakı "dayanacağı"nın Moldova və Gürcüstan olması barədə səsləndirilən fikirlərə aydınlıq gətirib:

“Əslində, Dmitri Medvedev bir müddət əvvəl belə bir fikir söyləmişdi ki, Vladimir Putin bütün istəklərini yerinə yetirəcək. Nəzərinizə çatdırım ki, o, Rusiya demirdi, Putin deyirdi. Göründüyü qədər, Putin təkbaşına qərarlar qəbul edir və bu, çox məntiqsiz qərarlardır. Heç bir dövlət başçısı ölkəsini belə bir vəziyyətə salmaz.

Bütün belə verilmişdi ki, genişmiqyaslı bir müharibə olmayacaq. Hər halda onlar deyirdi ki, ruslar sadəcə Donetsk və Luqansk ətrafında manevr etməklə məşğuldur. Amma görünən odur ki, bu müharibə Rusiyanı çıxılmaz vəziyyətə salıb və cəhənnəmə gedən özünə yoldaş axtarır.

Putin bacardığı qədər tək görünməməyə çalışır, amma reallıq budur ki, o, təklənib. Artıq Putin Rusiyanın daxilində də çox ciddi proseslərlə qarşılaşır. Xüsusən də, ziyalılar etiraz məktubları göndərib. Hətta general-polkovnik Leonid İvaşov belə Putini istefaya çağırıb. 80-ə qədər Rusiya şəhərlərində etiraz aksiyaları var”.

MDHP sədri sözlərinə görə, belə bir vəziyyətdə Rusiya yeni cəbhələr açmaq imkanlarına malik deyil:

“Putin düşünürdü ki, bir neçə saata Ukraynanı tuta bilər. Amma mən həmişə deyirdim ki, Ukrayna tək qalsa belə, bilmək olmaz Rusiya ona qlaib gələ bilər, ya yox. Kifayət qədər ölkələr Ukraynanı müdafiə edir. Artıq Yaponiya da Kuril adaları ilə bağlı açıqlama verib. Əgər Uzaq Şərqdə də cəbhə açılacaqsa, ordusunu 10 min km-dən yığıb gətirən Rusiya onları Avropadan bir də geri qaytaracaq?!

Rusiyanın vəziyyəti olduqca kritikdir, resurları tükənib. Amma əgər hər hansı bir ehtimalla Ukraynada qalib gələrsə, bundan sonra Rusiyanın digər ölkələrdən revanş imkanları həddən artıq artacaq. Moldovada, Gürcüstanda, eləcə də digər postsovet məkanlarında yeni əməliyyatlar başlada bilər. Ona görə də, bütün dünya Rusiyanın bu məsələdə qələbəsinin qarşısını almağa çalışır.

Ukrayna isə mübarizənin ilk raununda uduzur. Lakin ruslar Kiyevi, Xarkovu, eləcə də, Ukraynanın hamısını ələ keçirsələr belə, axırda Ukrayna Rusiyanı məğlub edərək öz ölkəsindən çıxaracaq. Bu, birmənalıdır. Amma söhbət ondan gedir ki, əgər Rusiyanın Ukraynada hər hansı bir qələbəsi olarsa, ondan sonra onun Moldovanında Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiyada fəallaşması gözləniləndir”.

“Lakin indiki məqamda Rusiya ikinci cəbhə açmaqla bağlı hansısa bir ağılsızlıq etməz. Çünki onların buna imkanları yoxdur. Olsaydı, edərdilər, amma indi tükənib. Rusların iqtisadi vəziyyəti, birjaların, o cümlədən rublun vəziyyəti ortadadır. Daxildə ciddi narazılıqlar var. Putin o qədər ağılsız adamdır ki, danışıqlarda ona təklif etdilər ki, gəl, ölülərinə, yaralılarına, əsirlərinə sahib çıx, onları götür, bu adam onlardan belə imtina etdi. Ortada bu qədər manyak bir davranış var. Amma o həm də ölüləri ona görə geri qaytarmaq istəmir ki, rus anaları bundan sonra ciddi etirazlara başlayacaqlar.

Hesab edirəm ki, yaxın bir neçə gündə Rusiya daha ağır zərbələr alacaq. Dünya tərəfindən üzdə görünən bir dəstək olmasa da, alt qatında Ukraynaya kifayət qədər yaxşı dəstək verirlər. Artıq Ukraynanın bir mənalı şəkildə, hadisələrin yekunlaşmamasına baxmayaraq, qələbə çaldığını demək mümkündür”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV/polemika.az
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed