Şrift:
Azərbaycan Premyer Liqası: “Neftçi” öz meydanında qələbə qazanıb
14.03.2022 [09:18] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

"Neftçi" klubu "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Görüşdə hesabı 17-ci dəqiqədə Emin Mahmudov açıb. "Gənclik şəhəri" təmsilçisi 24-cü dəqiqədə Rəhim Sadıxovun qolu ilə hesabı bərabərləşdirib. Oyunda son nöqtəni də Emin Mahmudov qoyub. Matçın 82-ci dəqiqəsində penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi komandasına qələbə qazandırıb.

Qarşılaşmanın 84-cü dəqiqəsində qonaqların heyətində R.Sadıxov zədələnərək meydanı tərk edib.

Bu nəticədən sonra xallarını 34-ə çatdıran "ağ-qaralar" 3-cü pilləyə yüksəlib. "Sumqayıt" isə 13 xalla yeddincidir.

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" isə "Sabah"a 1:0 hesabı ilə qalib gəlib. Bu gün keçirilməli olan "Qəbələ" - "Zirə" matçı isə güclü qar səbəbindən 65-ci dəqiqədə dayandırılıb. Martın 14-nə təxirə salınan qarşılaşma saat 12:30-da qaldığı dəqiqədən davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed