Şrift:
Tahir Əmiraslanovun monoqrafiyası özbək dilində
28.03.2022 [10:19] - Gündəm, Mədəniyyət
Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanovun “Dolma məsələsi: bütün şübhələrə son” monoqrafiyası özbək dilinə tərcümə olunub və yaxın vaxtlarda nəşr ediləcək.

Kitabı özbək dilinə Azərbaycanın dostu, tanınmış şair və tərcüməçi Gülzira Şaripova tərcümə edib. Monoqrafiya bundan əvvəl rus və ingilis dillərində çap olunub.

Kitabda təkzibolunmaz faktlarla sübut edilir ki, dolma Azərbaycan xalqının yaratdığı və bişirdiyi yeməkdir. Nəşrdə erməni alim və mütəxəssisləri dolmanın məhz Azərbaycan yeməyi olduğunu bildirirlər. Kitabın yaxın vaxtlarda türk dilində də çap edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Tahir Əmiraslanov Azərbaycan kulinariyası ilə bağlı 30-dan çox kitabın müəllifidir.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed