Şrift:
Moskvada “Xəzər dialoqu” Beynəlxalq Assambleyası keçiriləcək
05.05.2022 [10:02] - Xəbərlər, İqtisadiyyat
Mayın 11-də Moskvada “Xəzər dialoqu” Beynəlxalq Assambleyası keçiriləcək

Assambleyanın əsas təşkilatçısı və operatoru “Xəzərin elm və innovasiyaları” Assosiasiyasıdır. Əyani və onlayn formatda keçiriləcək Assambleya çərçivəsində “Xəzər dialoqu - yeni şəraitdə inkişaf” plenar sessiyası, Xəzər diplomatik görüşlər, ekspert platformaları, “Xəzər bizim evimizdir” fotosərgi və “Xəzəryanı dövlətlərin informasiya məkanında Xəzər dənizinin çağırışları və problemləri” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Hazırda Azərbaycan da daxil olmaqla, 7 ölkədən 215 nəfər Assambleyanın tədbirlərində iştirakını təsdiqləyib.

Beynəlxalq Assambleyanın məruzəçiləri və diskussiyalarda iştirak edənlər arasında MDB İcraiyyə Komitəsinin, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Belarus və Niderland şirkətləri və kütləvi informasiya vasitələrinin, Tehran Konvensiyası, Xəzər Komitəsinin katibliyinin, hakimiyyət orqanları, elmi və təhsil müəssisələri, təbiəti mühafizə təşkilatlarının rəhbərləri və nümayəndələri var.
Bu xəbər oxucular tərəfindən 1928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed