Şrift:
Azad edilmiş ərazilərdə "gələcəyin şəhərləri" olacaq - İsveçrə şirkətinin bərpa planları
06.10.2022 [08:42] - Gündəm, İqtisadiyyat
Bizim məqsədimiz Azərbaycanın azad edilmiş ərazilərində "gələcəyin şəhərləri"ni yaratmaqdır.

Bunu İsveçrənin "sa_partners" şirkətinin təsisçilərindən biri Dunya Kovari Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Zəngilan şəhərinin bərpası strategiyamıza uyğun olaraq yaşıllaşdırma məsələləri diqqət mərkəzində olacaq. Biz şəhərin mövcud təbiətini qorumaq və oranı park şəhərinə çevirmək istəyirik", - deyə o bildirib.

Kəlbəcər şəhərinin bərpası planları ilə bağlı D.Kovari qeyd edib ki, bu bölgədə başlıca tapşırıq turizmin inkişafı üçün şərait yaratmaqdır.

"Kəlbəcər isti bulaqları ilə tanınır. Bizim hədəfimiz sosial təyinatlı yerlər, istirahət və idman məkanları, spa və fitnes mərkəzləri yaratmaqdır. Əlbəttə, şəhərin yaşıllaşdırılması prioritetlərdən biridir", - o əlavə edib.

O vurğulayıb ki, Qubadlı şəhərinin bərpasında prioritet su ehtiyatlarının mühafizəsidir.

"Qapalı su çevrəsi" kimi bir konsepsiya su ehtiyatlarını qorumaq və təkrar istifadə etmək imkanı yaradacaq", - D.Kovari deyib.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed