Şrift:
“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib
14.10.2022 [07:33] - Xəbərlər, Gündəm, İdman
Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.

Bu Ağdam təmsilçisinin Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Yunanıstanın "Olimpiakos" komandası ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.

Xallarının sayını 7-yə çatdıran ölkə çempionu G qrupunda üçüncü yeri rəsmiləşdirib.

Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ əldə edib.
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed