Şrift:
Region Liqasının 2022/2023-cü il mövsümünün püşkü atılıb
19.10.2022 [07:03] - Gündəm, İdman
Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Region Liqasının 2022/2023-cü il mövsümünün püşkü atılıb.

Tədbirdə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Məşqçilər Komitəsinin üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin rəisi Yusif Vəliyev iştirak ediblər.

Region Liqasının oyunları 5 regionu əhatə edəcək - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Cənub, Mərkəz və Naxçıvan Muxtar Respublikası.

Liqanın cari mövsümündə 34 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında keçiriləcək "AFFA Region Liqası"nın püşkatması hələ keçirilməyib.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed