Şrift:
Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanıb
16.01.2013 [13:32] - Gündəm
20 yanvar günü saat 12-də bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi nəzərdə tutulub


20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanıb. Xiyabanda təmizlik və təmir işləri aparılır, daş plitələri təzələnir. Bu gündən Şəhidlər Xiyabanının önündə gül kompozisiyalarının da qurulmasına başlanılacaq.

20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Rusiya, Amerika, Türkiyə və Avropa ölkələrində fotosərgilər, seminarlar təşkil olunucaq. Eləcə də dünyanın aparıcı kütləvi informasiya vasitələrində, televiziya kanallarında və internet şəbəkələrində 20 yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulur.

Prezident Admistrasiyasının rəhbəri də artıq tədbirlər planını təsdiqləyib. Plana əsasən yanvarın 20-də saat 12-də bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ölkə ərazisində dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed