Şrift:
Erməni aeroportu və təyyarəsi məhv edilməlidir!
18.01.2013 [12:33] - Xəbərlər, DAVAMın yazıları
Pərviz Elay

Ermənilərin işğal etdiyi Xocalıda aeroportun fəaliyyətə başlaması son aylar əsəbləri tarıma çəkmiş məsələyə çevrilib. Öz müşahidələrimə görə, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi işğalçı ermənilərin bu aeroportuna ilk uçuşunun Azərbaycan Hərbi Qüvvələri tərəfindən dayandırılacağına əmindir.

Atəşkəs dövrü: kim uddu, kim uduzdu?


Əlbəttə, bir tərəfdən deyə bilərik ki, ermənilər atəşkəs dövründən daha çox yararlanıblar. Erməni işğalçılarının yaratdığı “Dağlıq Qarabağ Respublikası” bu keçən zaman içində özünü xristian dünyasına tanınmamış bir “dövlət” kimi qəbul etdirə bilib. Avropa, ABŞ və Rusiyanın siyasiləri, QHT və iqtisadi təşkilatları bu qurumla əlaqələr qurub, bu ərazilərə de-fakto “erməni əraziləri” kimi baxmaqdadırlar. Hətta, əldə etdikləri işğalçı qələbələrinə görə, Cənubi Qafqazda erməniləri bir qüvvə kimi tanıyan ABŞ siyasi çevrələri “DQR”-ə dəstək verməkdə Rusiya ilə yarışa girişiblər. Artıq neçə ildir ki, ABŞ dövlət konqresi Azərbaycan Dövlətini və Azərbaycan iqtidarını ciddiyə almayaraq, Bakının başı üstündən “DQR”-dəki erməni işğalçılarına maddi yardım edirlər.
Atəşkəs ermənilərə də imkan verdi ki, işğal etdikləri Azərbaycan ərazilərinin talanması, yeni müdafiə istehkamları inşa etmək üçün vaxt qazandı. Özü də ermənilər anlayırlar ki, bu işğallar tutduqları torpaqları əldə saxlamaq üçün yetərli olmayacaq. Ona görə də onlar yeni işğallar üçün tarixi şans gözləyirlər...
Həmçinin, ermənilər onu da anlayırlar ki, yeni müharibə qaçılmazdır. Buna görə, ermənilər, istər işğalları altındakı Qərbi Azərbaycanda, həm də Qarabağda yalnız infrastruktura pul xərcləyirlər. Rəsmi Bakıdan fərqli, abadlıq işlərinə ermənilər hər iki işğal etdikləri Azərbaycan bölgələrində (Qərbi Azərbaycan və Qarabağda) böyük pullar buraxmırlar. Onlar Azərbaycan torpaqlarının yerdə qalan hissəsini işğal etməyə məcburdurlar; hərbi məntiq bunu tələb edir: ən azından indiyədək tutduqlarını əldə saxlamaq üçün...
Atəşkəsdən bizim qazandığımız az deyil. Anlaşılandır ki, 1990-cı illərdə müharibə xroniki hal alsa idi, xaosun baş alıb getdiyi ölkədə torpaqlarımızı geri qaytarmaq nəinki çətin olacaqdı, hətta yeni torpaqlar itirə bilərdik. Çünki, ABŞ və Rusiya indiki dövrdə olduğu kimi, o dövrdə bizim əleyhimizə idilər.
Ordumuzda əsgər ölümləri, mütəxəssis kadr işinə balta vuran korrupsiya və yerlibazlıq kimi faktlar olsa da, hər halda ermənilərdən üstün ordumuz yaradıldı. Dünya və regionda da durum dəyişib. Biz Rusiya ilə Qərb arasında ziddiyyətlər fonunda güclü siyasi-hərbi gedişlər etmək üçün geniş oyun meydanı qazandıq. Bu oyunu oynamaq üçün yalnız bacarıqlı və ağıllı oyunçu lazımdır...

Ermənilərə zərbə vura bilərikmi?

Xocalı aeroportu məsələsində hakimiyyət bir şansı əldən verdi. Həmin aeroport tikildiyi zaman onu Azərbaycan Milli Ordusu birdəfəlik məhv etməli idi. Bu şans itirildi. Hakimiyyət isə, “Qarabağ azad ediləndə bu aeroport bizə lazım olacaq” kimi rişxəndli təbəssüm doğuran bəhanə ilə öz qərarsızlığını ört-basdır etməyə çalışdı. Amma alınmadı... Çünki, ermənilər indi bu aeroportu işə salmaqda qərarlıdırlar.
Təxribat ustası olan ermənilər içərisi bir yığın iyvermiş soydaş dığacıqları ilə dolu təyyarəni hər zaman ölümə yollaya bilərlər. Əgər Azərbaycan tərəfi bu təyyarəni vursa, ermənilər dünyaya çığır-bağır salacaqlar. Lakin ən maraqlısı odur ki, ermənilər tərəddüd edirlər. Niyə?
Ramil Səfərov məsələsi bu suala cavabdır. Ramilin azad edilməsi məsələsində Rusiya, ABŞ və Qərbin müəyyən siyasi dairələri, KİV-ləri uzun-uzadı xəstə pişik kimi miyoldadılar və quyruğunu qısnayıb təpikdən qaçan küçə iti kimi hürdülər. Və bunula da iş bitdi?! Nə Rusiyada, nə Avropada, nə ABŞ-da heç kim dərinə getmədi?! Erməniləri qorxudan elə budur!

Erməni aeroportu və təyyarəsi məhv edilməlidir!

İndi bizim toplumda bəziləri buyururlar ki, ermənilərin mülkü təyyarəsini vuracağı halında Azərbaycana təzyiqlər başlayacaq, rəsmi Bakı və bütövlükdə dövlət blokadaya düşə bilər və s. Sözün düzü, bu sözləri ən azından siyasi savadsız, ən çoxu isə, ermənilərə və onların havadarlarına işləyən kimi qiymətləndirə bilərik.
Rəsmi Bakı erməni təyyarəsini vurmadığı halda nə baş verə bilər? Əsas məsələ budur. İlk növbədə, indiki iqtidarımıza həm Azərbaycan toplumu tərəfindən, həm də beynəlxalq güclər tərəfindən etimad sıfıra enər. İstər Azərbaycan daxilində, istərsə də dünyada Ramil Səfərov məsələsindən sonra ciddiliyi nəzərə alınmağa başlamış indiki iqtidarımız bir günün içində siyasi “meyidə” çevrilər. Bu cür rüsvayçı durumu, bir çoxları heç düşmənlərinə arzulamır...
Ramil Səfərov və Mübariz İbrahimovdan sonra milli qüruru, özünə inamı birə yüz artmış bizim Millət 20 ildir öz iqtidarından yalnız bu addımları gözləyir. Ermənilərin təyyarəsini və hətta, həmin bədnam aeroportu məhv etsək, beynəlxalq güclər də əl-ayağa düşəcək ki, ay Türk Bozqurdu sakitləş, işğal edilmiş Qarabağ məsələsində sənin də mövqeyini nəhayət, ciddiyə alacağıq! Çünki, dünya zor üzərində qurulub, dünya siyasəti yalnız Kalaşnikovun dilini anlayır!

Bir sözlə, seçim hakimiyyətindir!
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed