Şrift:
Azərbaycanın daha 4 nominasiyasının UNESCO-nun Qeyri-maddi irs siyahısına salınması gözlənilir
08.12.2022 [10:40] - Xəbərlər, Gündəm, Mədəniyyət
Azərbaycanın növbəti illərdə daha 4 nominasiyanın UNESCO-nun Qeyri-maddi irs siyahısına qəbul edilməsi gözlənilir.

Bunu “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir indiyə kimi ümumilikdə Azərbaycanın 19 nominasiyasının Qeyri-maddi irs siyahısına salındığını qeyd edib: "Bu 19 nominasiyanın 17-si qeyri-maddi, 2-si isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi irs kimi siyahıya daxil edilib. Bunlardan 11-i milli, 8-i isə bir neçə ölkə ilə bərabər təqdim edilib".
Bu xəbər oxucular tərəfindən 2293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed