Şrift:
İran Azərbaycana tarix dərsi keçmək istəyir – XİN rəsmisi
21.01.2013 [10:56] - Gündəm, Güney Azərbaycan xəbərləri
“İran keçmiş SSRİ respublikalarına, o cümlədədn Azərbaycana tarixi öyrənməkdə yardıma hazırdır”. Bu bəyanatı İran XİN-nin sözçüsü Ramin Mehmanpərəst jurnalistlərin Azərbaycan və İranın ortaq tarixinin öyrənilməsi ilə bağlı rəsmi Tehranın mövqeyi barədə sualını cavablandırarkən səsləndirib.

İran Dövlət Teleradioyayım Şirkətinin saytında yer alan xəbərə görə, XİN rəsmisi müstəqillik qazanan bu ölkələrin tarixinin böyük hissəsinin farsdilli mənbələrdə əksini tapdığını vurğulayıb: “İran mütəxəssisləri bu ölkələrin ortaq tarixini öyrənməkdə kömək etməyə hazırdır”. Mehmanpərəstin sözlərinə görə, tarixin araşdırılması İrandakı mənbələr və sənədlər əsasında həyata keçirilməlidir.
Bu xəbər oxucular tərəfindən 2185 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed