Şrift:
TOLERANTLIQ – Bizdə və ermənilərdə…
24.01.2013 [11:45] - Gündəm
Pərviz Elay
“Millətçilik” qəzeti


Bu həftə məlum oldu ki, Bakıda 2 erməni qadına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilib. Bu hadisəyə münasibət birmənalı deyil, xüsusilə, millətçi kəsim arasında.
İki erməni qadının Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələri verilməsinin özəti var idi. APA-nın məlumatına görə, Azərbaycanda yaşayan Janna Şahmuradyan və qızı Nizami rayon Polis İdarəsinə qarşı şəxsiyyət vəsiqəsinin verilməsi barədə iddia ilə 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə müraciət ediblər. Onlar iddiada qeyd ediblər ki, doğulandan Bakıda yaşayıblar və yaşayış yerini heç bir zaman tərk etməyiblər. Lakin Rayon Polis İdarəsi onlara şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Məhkəmə onların iddiasını təmin edib və həmin şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsi barədə qərar qəbul edib. Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev isə APA-ya açıqlamasında bildirib ki, həmin şəxslər artıq Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin olunublar.
Əlbəttə, demək olar ki, 30 il Azərbaycanda, Bakıda doğulub yaşamaqdan sonra, elmi adla desək, “adsorbsiya”, yəni, sadə desək, assimilyasiya olunmuş bu iki qadından çətin ki, erməni kəşfiyyatının agenti çıxsın və ya onlardan Millətimizə qarşı açıq düşmənçilik gözləyək... Həm də dövlətin və beynəlxalq aləmin qanunları var...
Bəs, düşmən ermənilərdə bu məsələ necədir, orada, yəni işğal altında olan Qarabağ və “ermənistan” adlı Qərbi Azərbaycanda azərbaycanlılar varmı?
TOLERANTLIQ – Bizdə və ermənilərdə…


ERMƏNİLƏRİN “PANTOR” TOLERANTLIĞI
Sözsüz ki, düşmən işğalı altında olan torpaqlarımızda azərbaycanlılar var. Hətta, onlar içində “DQR” və ya “ermənistan” “vətəndaşları” olanlar da var. Bunlar sovet vaxtı erməni ilə nigaha girmiş azərbaycanlı “kişi” və “qadın”lardır. Sayları elə də çox deyil. Bəs, bunlardan başqa...
Həəə, bu çox maraqlı sualdır. Bu suala cavab birbaşa Millətimizin namusuna və heysiyyatına toxunur. “Ermənistan”ın Armavir vilayətinin Vaqarşapat (əvvəllər Eçmiədzin) şəhərində ölkənin Müdafiə Nazirliyinin «Pantor» adlı hərbi hissəsi yerləşir. Həmin hərbi hissəyə Ermənistanın müdafiə nazirinin sabiq müavini, general-mayor Manvel Qriqoryan rəhbərlik edir.
«Pantor»un fəaliyyəti azərbaycanlı əsirlərin ilkin mərhələdə saxlanılması və dindirilməsi, onlara işgəncələrin verilməsindən ibarətdir. Burada işləyən hərbçilər əsasən Azərbaycan və rus dillərində danışan keçmiş erməni döyüşçülərdir. Onların arasında əvvəllər Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilər çoxluq təşkil edir. Sözügedən hərbçilərin əksəriyyəti işlərindən və aldıqları məvacibdən razıdırlar.
Bundan əlavə, jurnalist dostumuz Elnur Eltürkün iki il öncə verdiyi bir məlumat da bu məsələyə aydınlıq gətirir. İki il öncə azərbaycanlı hakerlər bir erməni saytını dağıtmışdılar. Həmin saytda “ermənistandakı” əxlaqsızlıq yuvası olan bir bardan söz açılırdı. Saytda bu barda yerli erməni kişilərə həm ofisiant, həm də pozğun qadın kimi “xidmət” göstərən, vaxtilə Qarabağ müharibəsində əsir düşmüş azərbaycanlı qadın və qızlardan bəhs edən video material yayımlanmışdı. Ermənilər tərəfdən pozğun qadın kimi istifadə edilən, azyaşlı çağında əsir düşmüş azərbaycanlı qızı bildirirdi ki, o, artıq Azərbaycana qayıtmaq fikrində deyil. Bədbaxt qızın axan gözlərindən və anlaşılmaz danışıq tərzindən aydın idi ki, ermənilər onu narkoman və içki düşkünü etmişdilər...
DÜNYANIN BİZİM VƏ ERMƏNİ TOLERANTLIĞINA MÜNASİBƏTİ
Görəsən, biz “Azərbaycan Dövləti və xalqı tolerantdır” deyəndə dünya buna inanırmı? Məncə, dünyanın heç vecinə də deyil ki, biz tolerantıq, ya yox.
İkinci sual budur ki, dünyanın bizim tolerantlığa inanıb-inanmamasının bizə nə xeyiri? Sözsüz ki, Qarabağın Azərbaycana qaytarılması fikrində olan (əgər belələri varsa) bəzi rus və ya Qərb siyasətçiləri çox istərdilər ki, ən azından Qarabağda yaşayan erməni mühacirlərinin bir tükü də başından əskik olmasın və onlara elə hüquqlar verilsin ki, əslində Qarabağdakı ermənilər Azərbaycan dövləti içində ayrıca dövlət olsunlar. Buna da “beynəlxalq”, yəni xristian dünyasının siyasi-hərbi nəzarəti olsun. Yəni, onları bizim tolerantlıq deyil, törətdikləri cinayətlərə görə ermənuilərin cəzasız qalması düşündürür.
Ötən il Xocalı soyqırımının 20 illiyinin möhtəşəm qeyd olunması Rusiya və Qərbdə (Avropa və ABŞ-da) çox mənfi reaksiya yaratdı. Elə hey, ucdantutma deyirdilər ki, Azərbaycan türkləri Xocalıda baş vermiş “hadisəyə” həddən ziyadə çox önəm verirlər, bu isə, “tolerantlığa zərbədir”. Amma həmin o xristian rus və Avropa siyasətçiləri qondarma “erməni soyqırımı” abidəsinə hər il sürü-sürü erməni dığacıqlarının axmasına, Fransa, Rusiya, ABŞ rəsmilərinin ayaq döyməsinə çox normal hal kimi baxırlar...
Hələ bu harasıdır?!.. Dünyada məşhur olan rusiyalı etnopsixoloq Svetlana Lurye Rusiya və Qərbdə dərc etdirdiyi “Tarixi etnologiya” əsərindəki “Müasir erməni psixoanalizi” barədə fəslində azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım və deportasiya siyasətinə necə də haqq qazandırır: “... XX əsrin 90-cı illərində baş verən geopolitik dəyişiliklər erməni etnosunu “yenidən strukturlaşması” dövrünə qədəm qoymağa məcbur etdi... Güclü daxili etnik proses başladı... Yeni üzvü sosium (yəni, erməni milləti - P.E.) gənc orqanizm kimi hərəkət etdi - YAD CİSİMLƏRİ (YƏNİ, AZƏRBAYCANLILARI - P.E.) ÖZÜNDƏN UZAQ SALMALI İDİ... STRUKTURLAŞAN GƏNC ERMƏNİ ETNİK ORQANİZMİNƏ MÜTLƏQ TƏNHA QALMAQ (!- P.E.), ÖZ STRUKTURLARINI VƏ STEREOTİPLƏRİNİ FORMALAŞDIRMAQ LAZIM İDİ...”
Bəh, bəh, bu ermənipərəst etnopsixoloq, Azərbaycan türklərinin soyqırım və deportasiyasına, ermənilərin Türk və Müsəlmanlara nifrətinə necə də bəlağətli, “elmi” bəraət qazandırır?!..
Sözün qısası, beləliklə, tolerantlıq bizə, ermənilərə lazım olduğu qədər lazımdı. Amma azərbaycanlılar içindən kimsə həqiqətən erməni ilə dostluğa, bu cür “tolerantlığa” inanırsa, onda o, sadəcə kabablıq üçün namizəd ət şaqqasıdır. Lap elə təqdim etdiyim karikaturdakı qoyun kimi...
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed