Şrift:
Türkiyə əsri gənclik və texnologiya əsri olacaq
16.06.2023 [10:37] - Gündəm, Türk dünyası-Turan
Türkiyə əsri gənclik və texnologiya əsri olacaq.

Bu sözləri Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak Rize vilayətinə ziyarəti zamanı deyib.

Türkiyəli nazir onu da qeyd edib ki, yeni əsrdə Türkiyə hər sahədə inkişaf edərək daha güclü olcaq.

"Gənclərin məşğulluğu ilə bağlı gənc sahibkarlar üçün layihələr həyata keçiririk. Nazirliklərimiz bu istiqamətdə ciddi işlər görür. Gənclərimiz bu layihələrdə fəal olmalıdır. Türkiyə hazırda dərman istehsalını inkişaf etdirir, bu sahədə işləri daha da genişləndirəcəyik. Ona görə də gənclərə ehtiyacımız var", - deyə o vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed