Şrift:
Müavinət, təqaüd və ünvanlı sosial yardımlar ödənildi
26.07.2023 [11:10] - Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl – iyulun 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiya ödənişləri həyata keçirilib.


Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Bu xəbər oxucular tərəfindən 3579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed