Şrift:
Azərbaycan Beynəlxalq İqtisadi Forumun gender bərabərliyi üzrə dünya reytinqində 91-ci yerə qalxıb
01.11.2011 [19:36] - Gündəm
Azərbaycan Beynəlxalq İqtisadi Forumun gender bərabərliyi üzrə dünya reytinqində 91-ci yeri tutur.

Bu gün Beynəlxalq İqtisadi Forumun “Qlobal gender qeyri-bərabərliyi 2011” aldı 6-cı illik hesabatı dərc olunub. Azərbaycan ötən illə müqayisədə üz mövqeyini yaxşılaşdıraraq 100-cü yerdən 91-ci yerə yüksəlib.

Gender bərabərliyinin dəyərləndirilməsinə dair qeyd olunan reytinq dünyanın 135 ölkəsində iqtisadiyyat (maaş, ixtisaslaşmış peşələr üzrə işləyən qadınların sayı), təhsil (qadınların orta və ali təhsil almaq imkanı), siyasət (bərabər siyasi hüquq və imkanlar, qadınların qanunverici orqanlarda təmsilçilik səviyyəsi), səhiyyə (uzunömürlülük) sahələrində kriteriyalar üzrə müəyyənləşdirilir.

Azərbaycan iqtisadi sahədə gender bərabərliyinə görə 70-ci, təhsil sahəsində gender bərabərliyinə görə 73-cü, səhiyyə sahəsində gender bərabərliyinə görə 132-ci, qadınların siyasi arenada təmsilçiliyinə görə 103-cü yeri tutub.
Bu xəbər oxucular tərəfindən 1116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed