Şrift:
Türkiyə və Azərbaycan unikal və xüsusi bağlarla bir-birinə bağlıdır - Abdulkadir Emin Önen
21.09.2023 [10:47] - Gündəm, Türk dünyası-Turan
Qarabağın işğalı bizi üzdüyü kimi, həmin ərazilərin işğaldan azad edilməsi də bizi olduqca sevindirir.

Bunu Asiya Parlament Assambleyası Sədrinin təmsilçisi və Assambleyada Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen Assambleyanın “Sosial və mədəni məsələlər üzrə daimi komitənin” Bakıda keçirilən iclasında deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan unikal və xüsusi bağlarla bir-birinə bağlıdır.

“Reallığa nəzər salsaq, iki qardaş xalq olaraq biz bir-birmizi hər zaman dəstəkləyirik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası keçirilir.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed