Şrift:
Qazaxıstan və Belarus $100 mln dəyərində layihələrin həyata keçirilməsi üzərində işləyir
26.09.2023 [10:29] - İqtisadiyyat
Qazaxıstanın baş naziri Əlixan Smailov və Belarusun baş naziri Roman Qolovçenko ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Qazaxıstan Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, görüş "INNOPROM. Qazaxıstan" beynəlxalq sənaye sərgisi ərəfəsində baş tutub.

Əlixan Smailov Belarusun Qazaxıstan üçün mühüm ticarət-iqtisadi tərəfdaş olduğunu vurğulayıb. Ötən il ikitərəfli ticarət dövriyyəsi 23% artaraq 1 milyard dollar həddini keçib. Baş nazirin sözlərinə görə, yüksək artım dinamikasını saxlamaq üçün tədarük olunan mal və xidmətlərin çeşidinin genişləndirilməsi istiqamətində birgə işi davam etdirmək lazımdır.

Eyni zamanda, ölkələr arasında tərəfdaşlığın hərəkətverici amillərindən biri sənaye kooperasiyasıdır. Belə ki, artıq dəyəri 180 milyon dollara yaxın olan 8 layihə həyata keçirilib, onların əsasında 1400 yeni iş yeri yaradılıb. İcra mərhələsində 19 milyon dollar dəyərində 2 layihə var. Eyni zamanda, Qazaxıstan və Belarus 800-ə yaxın iş yerinin yaradılması ilə ümumi dəyəri 100 milyon dollardan çox olan daha 4 layihənin icrasına başlanılması üzərində işləyir.

Görüşdə kənd təsərrüfatı, yanğın-xilasetmə avadanlıqlarının istehsalı və tikinti sahələrində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri də qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed