Şrift:
Ötən gecə İsrail Qəzzada 500-dən çox hədəfi vurub
09.10.2023 [10:46] - Gündəm
Ötən gecə İsrail qırıcıları, helikopterləri və artilleriyası Qəzza zolağında HƏMAS hərəkatı və “İslami cihad” qruplaşmasının radikallarının 500-dən çox hədəfini vurub.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“HƏMAS-ın yeddi komanda mərkəzi və “İslami cihad” komanda mərkəzi hücuma məruz qalıb”, - deyə mətbuat xidmətinin məlumatında qeyd edilib.

Bundan başqa HƏMAS-ın rəhbər şəxslərindən Ruhi Maştaanın iqamətgahının yerləşdiyi çoxmərtəbəli binalara da hücum edilib.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed