Şrift:
Makron və Şolts Hamburqda qeyri-rəsmi formatda danışıqlar aparacaq
09.10.2023 [10:48] - Gündəm
Fransa Prezidenti Emmanuel Makron bu gün Almaniyaya qeyr- rəsmi səfər edəcək.

Bu barədə Yelisye Sarayı məlumat yayıb.

Qeyd olunub ki, fransalı lider Hamburqda Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparmaq niyyətindədir.

Liderlər gündəmdə olan məsələləri müzakirə edəcək.

Görüşdən sonra heç bir yekun bəyanat olmayacaq.

Fransa liderinin administrasiyası səfərin qeyri-rəsmi xarakterini, o cümlədən “qayıqla gəzinti və Elba boyunca gəzintiləri” xüsusilə vurğulayıb.

Eyni zamanda Makronu səfərdə Fransa Nazirlər Kabinetinin 20-yə yaxın üzvü müşayiət edəcək.
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed