Şrift:
Gürcü nazir: Azərbaycanla Ermənistan arasında sülh sazişi prosesinə vasitəçilik edirik
26.10.2023 [11:57] - Siyasət
Gürcüstan Cənubi Qafqazda sülhdən yanadır, bu, regionun hər üç ölkəsinin marağına cavab verir.

Bunu Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunun açılışından öncə APA-nın Tbilisi müxbirinin sualına cavabında Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davalı inkişaf naziri Levan Davitaşvili bildirib.

“Biz Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıyıq və bu, Cənubi Qafqazın hər üç ölkəsinin marağındadır. Ona görə də biz sülh sazişi prosesinə vasitəçilik edirik. Düşünürəm ki, bugünkü İpək Yolu Forumu Gürcüstanın həm Azərbaycan, həm də Ermənistan üçün məqbul və dost məkan olduğunu nümayiş etdirir. Bu gün hər iki ölkənin - həm Ermənistanın həm də Azərbaycanın Baş naziri Tbilisidədir və onlar bugünkü forumun açılışında iştirak edəcəklər. Düşünürəm ki, bu proses sülh sazişinin imzalanması ilə yekunlaşacaq ki, bu da regionumuza uzunmüddətli sülh gətirəcək”, - o qeyd edib.

Levan Davitaşvili Azərbaycanın Gürcüstanın ticarət və iqtisadi tərəfdaşı olduğunu vurğulayıb.

“Biz əməkdaşlığımızı xüsusilə də enerji sahəsindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk”, - nazir bildirib.
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed