Şrift:
Azərbaycan nefti cüzi bahalaşıb
27.10.2023 [10:11] - Gündəm, İqtisadiyyat
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,48 dollar və ya 0,52% artaraq 92,87 dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed