Şrift:
İsrail sərhəd bölgələrindən 125 min insanı təxliyə edib
27.10.2023 [10:29] - Siyasət
Oktyabrın 7-dən bəri İsrailin sərhəd bölgələrində 125 min dinc sakin evlərindən təxliyə edilib.
Bu barədə "The Jerusalem Post" qəzeti xəbər verib.

Bildirilib ki, İsrail Milli Fövqəladə Hallar İdarəsi rəhbəri Yoram Laredo hakimiyyətin təxliyə edilənlərin bu ilin sonuna qədər otellərdə qalmasını tövsiyə etdiyini qeyd edib.

"Biz hökumətin qərarını icra etmək və lazımi resursları təmin etmək üçün çalışırıq", - deyə o bildirib. Y.Laredo qeyd edib ki, mülki şəxslər dövlət hesabına ölkənin şimal və cənub bölgələrindən otellərə yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed