Şrift:
Tarixi Mostar körpüsü Türkiyə bayrağının rənglərinə bürünüb
30.10.2023 [10:13] - Gündəm
Türkiyə Cümhuriyyətinin 100 illiyi tədbirləri çərçivəsində Bosniya və Herseqovinanın ən mühüm simvollarından biri olan tarixi Mostar körpüsü türk bayrağının rənglərinə bürünüb.

Türkiyənin Mostar Baş Konsulluğu tərəfindən təşkil edilən Cümhuriyyətin 100-cü ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində ölkənin ən əhəmiyyətli Osmanlı əsərlərindən biri olan tarixi Mostar körpüsündə türk bayrağının rəngləri əks olunub.

1566-cı ildə Memar Sinanın tələbəsi Memar Hayrəddin tərəfindən inşa edilən körpü şəhərə öz adını verməklə yanaşı, illərlə sivilizasiyaları və mədəniyyətləri birləşdirən bir simvol kimi də qəbul edilir.

Mostar şəhərinin ruhu kimi tanınan körpü 1992-1995-ci illərdə Bosniya və Herseqovina müharibəsi zamanı Xorvatiya artilleriya birləşmələrinin intensiv artilleriya atəşinə tab gətirə bilməyərək 9 noyabr 1993-cü ildə dağılıb. Türkiyənin təşəbbüsləri ilə orijinala uyğun inşa edilən körpü 2004-cü ildə yenidən istifadəyə verilib.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed