Şrift:
İtaliyada Baş nazir ümumxalq səsverməsi ilə seçiləcək
04.11.2023 [09:40] - Siyasət
İtaliya hökuməti Baş nazirin xalq tərəfindən seçilməsini nəzərdə tutan konstitusiyaya dəyişiklik təklifini təsdiqləyib.

Nazirlər Şurası konstitusiyaya dəyişikliyi nəzərdə tutan layihəni müzakirə olunaraq təsdiqlənməsi üçün parlamentin aşağı palatası olan Nümayəndələr Palatasına və yuxarı palataya – Senata təqdim edəcək.

Layihəyə görə, bundan sonra ölkədə Baş nazir ümumxalq səsverməsi ilə seçiləcək. Senator və deputatlığa namizəd olub və qalib gələnlər Baş nazir ola biləcək.

Baş nazir Ciorcia Meloni bunun İtaliya tarixində ən böyük islahat olduğunu bildirib. “Ölkədə indiyədək orta ömür müddəti təxminən 1,5 il olan 68 hökumət fəaliyyət göstərib. İtaliya son 20 ildə 12 Baş nazir tərəfindən idarə olunub. Artıq buna vətəndaşlar qərar verəcək”, - deyə C.Meloni vurğulayıb.

Xatırladaq ki, İtaliyada konstitusiya dəyişikliyi ilə bağlı sonuncu referendum 2016-cı ildə keçirilib.

Nihad Budaqov
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed