Şrift:
ABŞ və Misir prezidentləri Qəzzada girovların azad edilməsinə dair razılaşmanı müzakirə ediblər
23.11.2023 [10:22] - Gündəm, Siyasət
ABŞ prezidenti Co Bayden və misirli həmkarı Əbdülfəttah əs-Sisi Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovlarının azad edilməsinə dair razılaşmanı müzakirə ediblər.

Bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər “oktyabrın 7-də İsrailə hücumu nəticəsində HƏMAS-ın götürdüyü girovların azad edilməsinə dair razılaşmanı”, eləcə də regiondakı ümumi vəziyyəti müzakirə ediblər.

HƏMAS hərəkatı daha əvvəl Qətər və Misirin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəslə bağlı İsraillə razılığa gəldiyini bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed