Şrift:
İsrail-Fələstin məsələsinin həlli ilə bağlı təmas qrupu Londona və Parisə səfər edib
23.11.2023 [10:22] - Siyasət
İsrail-Fələstin cəbhəsində humanitar atəşkəslə bağlı əldə edilən razılığın ardından Türkiyənin xarici işlər naziri Hakan Fidan münaqişənin tamamilə dayandırılması və daimi sülhün təmin edilməsi istiqamətində diplomatik səylərini sürətləndirib.

Bu barədə Türkiyənin diplomatik qaynaqlarından məlumat əldə edilib.

Bildirilib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın da daxil olduğu, İsrail-Fələstin məsələsi ilə bağlı noyabrın 11-də yaradılan təmas qrupu London və Parisə səfər edib.

Qrup üzvləri Londonda Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Parisdə isə Fransa Prezidenti Emmanuel Makron və bu ölkənin Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə görüşüblər.

Görüşlərdə İsrail-Fələstin cəbhəsində ən qısa zamanda tam və qalıcı atəşkəsin əldə edilməsinin vacibliyi qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed